
Lavanda çayı sakitləşdirici və rahatladıcı xüsusiyyətləri ilə tanınır. Onun tərkibindəki təbii efir yağları və antioksidantlar stressi və əsəb gərginliyini azaldır. Xüsusilə narahatlıq, yorğunluq və gündəlik gərginlik hissi yaşayan insanlar üçün faydalıdır. Yatmazdan əvvəl içildikdə yuxusuzluğa qarşı müsbət təsir göstərir və rahat yuxu üçün bədəni hazırlayır.
Eyni zamanda həzm sisteminə də faydalıdır. Qıcqırma, köp və qaz problemlərini yüngülləşdirə bilər.
Baş ağrısı, xüsusilə gərginlik səbəbli ağrılar zamanı sakitləşdirici təsiri ilə rahatlıq gətirir.
Lavanda çayında olan təbii antibakterial maddələr immuniteti gücləndirir və orqanizmi infeksiyalara qarşı qoruyur.
Bəzi qadınlar üçün aybaşı zamanı yaranan qarın ağrısını da azaldır. Amma gündə 1-2 fincandan artıq içmək tövsiyə olunmur. Hamilə qadınlar və ya dərman qəbul edən şəxslər həkimlə məsləhətləşmədən istifadə etməməlidirlər.