Mütəxəssislər orqanizmi toksinlərdən təmizləmək üçün gündəlik qida rasionuna bəzi təbii içkilərin əlavə edilməsini tövsiyə edirlər. Foodinfo.az bildirir ki, onların sözlərinə görə, ilk sırada limonlu ilıq su dayanır – bu içki qaraciyər funksiyasını aktivləşdirir və bədəni detoksifikasiya edir. İkinci olaraq zəncəfilli çay göstərilir – o, qan dövranını yaxşılaşdırır və iltihab əleyhinə təsirə malikdir.

Üçüncü içki isə alma sirkəli sudur; xüsusilə səhərlər acqarına içildikdə qaraciyər üçün faydalıdır. Dördüncü içki isə çuğundur suyu hesab olunur – bu təbii antioksidant qaraciyər hüceyrələrini qorumağa kömək edir. ABŞ-da fəaliyyət göstərən diyetoloq Lora Vinsent qeyd edir ki, bu içkilər sadə olsa da, gündəlik istifadədə təsirli nəticələr verir.

Onun fikrincə, düzgün seçilmiş içkilərlə bədən təmizlənməsi dərmanlardan daha təhlükəsiz və effektiv ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkiləri qəbul etməzdən əvvəl hər hansı xroniki xəstəlik fonunda həkimlə məsləhətləşmək vacibdir.