Tünd şokolad kakaonu yüksək miqdarda ehtiva edən qida növüdür. Foodinfo.az ura.ru-ya istinadla bildirir ki, bu maddələr ürək damar sağlamlığını dəstəkləyir və təzyiqi normallaşdırır.

Mütəxəssislər bildirir ki, gündəlik 20-30 qram tünd şokolad qanın dövranını yaxşılaşdırır və xolesterin səviyyəsini tənzimləməyə kömək edir. Eyni zamanda beyinə daha çox qan axınını təmin edərək yaddaşı gücləndirir.

Tünd çokalad şəkərli diabetə qarşı insulin həssaslığını artırır. Odur ki, yalnız 70% və daha yüksək kakao tərkibli olanlar seçilməlidir.