Onkoloji xəstəliklər zamanı çox xəstələrdə bəzi qidalara, yeməklərə ikrah hissi yaranır. Həmin yeməyi görən kimi ürəkləri bulanır, yeyə bilmir. Baxmayaraq ki, əvvəllər həmin qidaları normal qəbul ediblər.
 Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, hər 4 xəstədən birində dad hissiyatında dəyişiklik olur.
Məsələn, şirin, duzlu, acı qidalar tamam başqa dad verə bilər.
Xərçəng aşkarlanan xəstələr diaqnozdan öncə daha çox bu 3qidaya ikrah hiss edib:
 
1. Ət istər toyuq, istər mal əti – qoxusu gələn kimi ikrah yaranır və getdikcə bu qidadan imtina edirlər, eləcə də kolbasa, sosis bu sıraya aiddir
 
2. Yumurta
 
3. Çay
Xəstələr bildirib ki, bu qidaların qoxusu, dadı xoşagəlməz olur.
Dad dəyişikliyi daha çox bogaz, qırtlaq, baş beyin şişlərində daha çox rast gəlinir.
Həkimlər bildirir ki, hər hansı insanda birdən-birə konkret qidalara ikrah hissi, yeyə bilməmək şübhə yaratmalıdır. Bu həyəcanverici əlamətdir.
Zamanla xəstələrdə iştah da küsür, yeməklərdən dad ala bilmir, nəticədə arıqlayırlar.
Lakin müalicə alıb sağalanlarda bu qidalara münasibət dəyişib normallaşır.
Ətdən, kolbasan iyrənmək təkcə hamilələr və südverən qadınlar üçün normal hal ola bilər.