
Qaraciyər bədənimizin “təmizləyici mərkəzi” kimi işləyir. Zərərli maddələrin bədəndən atılması, hormonların tənzimlənməsi və yağların parçalanması kimi bir çox vacib vəzifəni yerinə yetirir. Ancaq qeyri-sağlam qidalanma, dərman istifadəsi və stress nəticəsində qaraciyər yorula bilər. Məhz bu zaman bəzi təbii bitkilər onun fəaliyyətinə dəstək ola bilər. Onlardan biri də sarıkökdür.
Foodinfo.az xəbər verir ki, sarıkök qədim dövrlərdən bəri həm yeməklərdə ədviyyat kimi, həm də təbii müalicə vasitəsi olaraq istifadə olunur. Onun tərkibindəki kurkumin adlı maddə güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
– Kurkumin qaraciyərin hüceyrələrini zərərli maddələrdən qoruyur və regenerasiyanı (yenilənməni) sürətləndirir. Detoks təsiri ilə bədəndə yığılan toksinlərin atılmasına kömək edir.
– Sarıkök yağ metabolizmini tənzimləyərək qaraciyərdə yağ yığılmasının qarşısını alır. Xüsusilə qeyri-alkoqollu yağlı qaraciyər problemi yaşayanlara faydalıdır.
– Xroniki iltihab qaraciyər hüceyrələrini zədələyə bilər. Sarıkök çayı bu prosesi zəiflədir və qaraciyərin uzunömürlü işləməsinə dəstək olur.
– Öd ifrazı yağların parçalanması üçün vacibdir. Sarıkök ödü aktivləşdirir, bu da həzmi və qaraciyərin yüklənməsini azaldır.