
Səhər yeməyi günün ən vacib hissələrindən biri sayılır. Enerji toplamaq, maddələr mübadiləsini başlatmaq və günə sağlam başlamaq üçün düzgün qida seçimi mühümdür. Bu zaman tez-tez verilən suallardan biri budur: yumurta, yoxsa avokado — hansı daha faydalıdır?
Foodinfo.az xəbər verir ki, hər iki qida çox dəyərlidir, amma fərqli xüsusiyyətlərə malikdirlər.
Yumurtanın faydaları:
– Yüksək keyfiyyətli zülal mənbəyidir
– Un müddət tox saxlayır
– B12, D və A vitaminləri, həmçinin kolin ehtiva edir
– Beyin və sinir sistemi üçün vacibdir
– Göz sağlamlığını qoruyan lutein və zeaksantin maddələrini ehtiva edir
– Əzələ quruluşunu və hüceyrə yenilənməsini dəstəkləyir
– Kalorisi az, qida dəyəri yüksəkdir
Avokadonun faydaları:
– Omeqa-9 və doymamış sağlam yağlarla zəngindir
– Kalium, folat və E vitamini ilə ürək sağlamlığını dəstəkləyir
– Tərkibində lif boldur, həzmi tənzimləyir, qan şəkərini sabit saxlayır
– Antioksidantlarla zəngindir, dərini və toxumaları qoruyur
– Bitki əsaslı qidalananlar üçün idealdır
Əgər toxluq, zülal və beyin gücü prioritetdirsə,yumurta, yox əgər ürək, dəri və lif ehtiyacı vacibdirsə, avokado seçin.