
Paris Dermatoloji İnstitutunun professoru Elise Moreau dərinin qocalma prosesində pəhrizin roluna dair fikirlərini bölüşüb. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, şəkərli və emal olunmuş qidalar kollagen səviyyəsini azaldaraq dərinin elastikliyini itirməsinə səbəb olur.
Moreau qeyd edir ki, antioksidantla zəngin meyvə və tərəvəzlər dərinin yaşlanma əlamətlərini gecikdirir. Xüsusilə moruq, qara qarağat və ispanaq kimi məhsullar faydalıdır.
O əlavə edir ki, E və C vitamini ilə zəngin pəhriz həm də dərinin günəş şüalarından qorunmasına kömək edir. Su balansını qorumaq və tərkibində sink olan məhsulları qəbul etmək də vacibdir. Mütəxəssisin fikirləri Revue Française de Dermatologie jurnalında dərc olunub.