
Pomidoru zeytun yağı ilə birlikdə yemək həm çox faydalıdır. Bu iki qidanın birlikdə istifadəsi həm qida maddələrinin sorulmasını artırır, həm də orqanizmə daha güclü qoruyucu təsir göstərir.
Foodunfo.az pomidor-zeytun yağı birləşməsinin əsas faydalarını təqdim edir:
– Pomidorun tərkibindəki əsas maddə olan likopen güclü bir antioksidantdır və xərçəngdən (xüsusilə prostat və bağırsaq xərçəngi), ürək-damar xəstəliklərindən qoruyur.
Likopen yağda həll olunan maddə olduğu üçün zeytun yağı ilə birlikdə yeyildikdə orqanizmə daha yaxşı sorulur.
– Zeytun yağı və pomidorun hər ikisi iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Birlikdə istehlak edildikdə hüceyrələrin zədələnməsinin qarşısını alır və xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
– Pomidordakı A vitamini və zeytun yağındakı E vitamini dəri hüceyrələrini qoruyur, gözləri gücləndirir və qocalmanı ləngidir. Dərinin elastikliyini və parlaqlığını artırır.
– Zeytun yağı həzmi asanlaşdırır, pomidor isə mədə turşusunu tənzimləyir. Salat və ya yemək formasında birlikdə istifadə bağırsaqları da aktiv saxlayır.