Yay aylarında hava isti, günlər uzun, qidalanma rejimi isə çox zaman nizamsız olur. Dondurmalar, qazlı içkilər, açıq hava süfrələri və qəlyanaltılar çəki artımına səbəb ola bilər. Halbuki yay həm su bolluğu, həm təzə meyvə-tərəvəz mövsümü olduğu üçün çəkiyə nəzarət üçün ideal fəsildir. 

Foodinfo.az yayda çəkini qorumaq və ya arıqlamaq üçün sadə, amma təsirli məsləhətlər təqdim edir:

1. Yüngül və bol tərəvəzli qidaları seçin

Qızartma və yağlı yeməklər yerinə buğda bişmiş, qril və ya təzə salatlara üstünlük verin. Tərəvəzlər həm az kalorilidir, həm də toxluq hissi yaradır. Qarpız, xiyar, pomidor və bibər kimi su miqdarı yüksək məhsullar ideal seçimdir

2. Kifayət qədər su için

İsti havada tərləmə ilə su itkisi artır, bu da aclıq hissini artırır. Gündə ən azı 8–10 stəkan su içmək maddələr mübadiləsini sürətləndirir. Duzlu yeməklərdən sonra əlavə su içməyə diqqət yetirin. 

3. Aktiv qalın, hərəkətə davam edin

Yay uzun günlər və açıq hava gəzintiləri üçün ideal vaxtdır. Günəş çıxmadan əvvəl və ya axşamlar 30 dəqiqəlik gəzinti bədəninizi aktiv saxlayar. Dəniz, üzgüçülük, velosiped, yüngül idmanlar hem kalori yandırar, hem də zehni rahatladar.

4. Dondurma və desertlərə diqqət

Dondurma yayda vazkeçilməzdir, amma kalorisi yüksəkdir. Həftədə 1–2 dəfə kiçik porsiyalarla yeyə bilərsiniz. 

Gecə yeməklərindən uzaq durun

Yay aylarında insanlar gec yatdığı üçün gec saatlarda qəlyanaltıya meylli olur. Bu vərdiş çəki artımının əsas səbəblərindəndir. Saat 19:00–20:00 arası yüngül bir axşam yeməyi yeyib, sonra sadəcə su və ya bitki çayı içmək daha məqsədəuyğundur.

6. Şəkərli və qazlı içkilər əvəzinə təbii içkilər

Kola, hazır meyvə suları və enerji içkiləri yüksək şəkərlə doludur. Onların yerinə şəkərsiz kompot, limonlu su, soyuq yaşıl çay və mineral su seçin. Qəhvəni də şəkərsiz və südsüz içməyə çalışın.

7. Porsiya ölçüsünə nəzarət edin

Yayda iştaha azalır, amma qəlyanaltı sayı artır. Kiçik boşqablardan istifadə edin. Tez-tez, lakin az-az yemək maddələr mübadiləsini canlı saxlayır.

Yay aylarında sağlam və balanslı şəkildə qidalanmaq həm bədən formanızı qorumağa, həm də enerjinizi yüksək saxlamağa kömək edəcək.