Qara nöqtələr dəridə istənməyən pürüzlülükdür. Dəri problemlərində mətbəxin qapısını döyə bilərsiniz. Xüsusilə ədviyyatlar dəri üçün dərmandır.  

Qara nöqtə dəridəki follikulların tıxanması nəticəsində yaranan dəri problemidir. Daha çox üzdə görünən qara nöqtələr insanı narahat edəcək səviyyəyə çata bilir.

 Foodinfo.az xəbər verir ki, qara nöqtələrin əmələ gəlməsinə dərini təmiz saxlamamaq, yağlı dəriyə sahib olmaq, yağlı qidalar qəbul etmək, çirklənməyə məruz qalmaq və stresli olmaq kimi faktorlar səbəb ola bilər.

Bu nöqtələr üçün kimyəvi məhsullardan istifadə etmək əvəzinə evdə öz əlinizlə hazırlaya biləcəyiniz təbii maskaları da sınaya bilərsiniz.

Bir çimdik qara bibəri 3 xörək qaşığı qatıqla qarışdırıb üzünüzə çəkin. Beş dəqiqə üzünüzdə saxlayın və yuyun. 

Qara bibər təbii detoksifikatordur və maqnezium, dəmir, kalium, C və K vitaminləri ilə doludur. Qırışları, incə xəttləri və piqmentasiyanı azaltmağa da kömək edir.

Dəriyə zərər verən sərbəst radikallar qara bibər sayəsində bədəndən çıxarılır. Nəticədə dəri yenilənir. Qırışlar və buna bənzər dəri problemləri zamanla aradan qalxır.