"AQTA 2021-ci ilin 9 ayı ərzində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına əsasən, ayrı-ayrı vaxtlarda 52 ölkədən epizootik risk daşıyan quşçuluq məhsullarına məhdudiyyət tətbiq edib".
Foodinfo.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində Agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mart və aprel aylarında 48 rayonda 703 fermer və ailə təsərrüfatlarında saxlanılan 30 869 baş iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı seroloji monitorinqlər aparılıb: "20 162 baş heyvandan qan nümunəsi götürülüb. Laborator nəticələrə əsasən, 379 baş heyvanda bruselyoz xəstəliyi aşkar edilib və bu barədə mövcud qanunvericiliyə uyğun zəruri tədbirlər həyata keçirilib".
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir