Bu gün Burkina-Faso hakimiyyəti iyulun sonundan Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) sanksiyaları altında olan qonşu Nigerə taxıl ixracına icazə vermək qərarını açıqlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə hökumətin Burkini xəbər agentliyi məlumat yayıb .
Xəbərdə deyilir ki, Uaqaduqu hökuməti “müstəsna olaraq qonşusu ilə həmrəy olaraq Nigerə darı, qarğıdalı, sorqo və lobya ixracına icazə verib”.
Qeyd edək ki, 2022-ci ilin noyabrında Burkina-Faso səlahiyyətliləri darı, qarğıdalı, sorqo və lobya kimi taxılların ixracını dayandırmışdı.