Güclü tərləmə şəkərli diabetin başlanğıcının ilk siqnalı ola bilər.
Foodinfo az Medicina.az-a istinadən xəbər verir ki, lokal hiperqidroz ovuclarda, qolaltı, ayaqaltı və alında ola bilir.
Endokrinoloq Heva Çeçoyeva bildirib ki, xüsusilə 40 yaşdan sonra qəfil belə tərləmələrin başlaması insanı şübhələndirməlidir:
"Ovucların və ayaqların aşırı tərləməsi şəkərdən ola bilər.
Ciddi gecə tərləmələri, limfatik düyünlərin böyüməsi, çəkinin azalması və iştahın itməsi zamanı mütləq təcili həkimə gedilməlidir.
Çünki aşırı tərləmənin ən yüngül səbəbi şəkərli diabetdir".