Vitamin D steroid hormonunun bir növüdür və dərimiz günəş işığına məruz qaldıqda, bir sıra kompleks reaksiyalardan sonra bədənimizdəki xolesteroldan istehsal olunur.

Foodinfo.az xəbər verir ki, D vitamini orqanizmimizdə əvəzolunmaz vitaminlərdən biridir, təəssüf ki, onun çatışmazlığı pis nəticələr verir və bir çoxumuz çatışmazlığımız olduğunu bilmirik, sadəcə olaraq sadə bir qan testi lazımdır.

Bu günlərdə kifayət qədər günəş işığına məruz qalmaq mümkün olmadığı üçün bu vitamini qida rasionundan (və ya əlavələrdən) almaq lazımdır.

D vitamini yağda həll olunan vitaminlərdən biridir (A, D, E və K). Bu nə deməkdir? Bu o deməkdir ki, piydə və ya yağda əriyir və bədənimizdə uzun müddət saxlanıla bilir.

 Qidada D vitamininin 2 əsas növü var:

Vitamin D3 (Kalikalsiferol):

yağlı balıq və yumurta ağı kimi bəzi heyvan qidalarında olur.

Vitamin D2 (erqokalsiferol): 

bəzi göbələklərin nadir növlərində rast gəlinir.

 D vitamini çatışmazlığının əlamətlərini bilin:

Sümük və əzələ ağrıları

Yorğunluq və əzələ zəifliyi

Yuxu pozğunluqları

Konsentrasiyada çətinlik və depressiya

Məşqdən sonra infeksiya və həddindən artıq tərləmə

Şəbnəm