Hollandiyanın Heineken konserni Rusiyaya pivə ixracını və ölkədə investisiya layihələrini dayandırıb.
Foodinfo.az marja.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
“Heineken konserni yeni investisiya layihələrinin, habelə Rusiyaya pivə ixracının dayandırıldığını elan edir”, - məlumatda deyilir.
Eyni zamanda, konsern vurğulayıb ki, Rusiyanın bütün zavodları, şirkətin əməliyyat və kommersiya bölmələri adi qaydada işləməyə davam edir ki, bu da istehsalın yüksək səviyyədə lokallaşdırılması, xammal və materialların daxili bazardan alınması ilə əlaqədardır.
"Bizim prioritetimiz işçilərin təhlükəsizliyi və rifahı, eləcə də müştərilər, tərəfdaşlar və istehlakçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi olaraq qalır" - Heineken bildirib.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?