Bu formula sayəsində siz ekzema, qaşınma, soyulma kimi bütün problemlərdən xilas ola biləcəksiniz.
Foodinfo.az xəbər verir ki, egzema demək olar ki, hər kəsin həyatının bir dönəmində baş verə biləcək bir vəziyyət olsa da, insanın özünə inamının ciddi şəkildə azalmasına səbəb olur. Qadın və kişi fərq etmədən hər kəsin həyatında baş verə biləcək bir vəziyyət olan ekzemaya qarşı tədbir alınması prosesin qarşısının alınması baxımından əhəmiyyətlidir.
Baş dərisində ekzemanın olması qaşınma, qızartı və soyulma kimi vəziyyətlərə səbəb olsa da, bu prosesi nəzarətdə saxlamaq son dərəcə vacibdir.
Şam ağacı yağı saç və baş dərisi üçün son dərəcə faydalı olan təbii yağlardan biridir. Şam ağacı yağının tərkibindəki komponentlər saç köklərinin bərpasına kömək edir, eyni zamanda ekzema kimi problemlərin qısa müddətdə müalicəsində əhəmiyyətli yer tutur.
Çox yüksək antibakterial xüsusiyyətə malik olan şam ağacı yağı tıxanmış saç köklərini açmağa kömək edir, eyni zamanda saç köklərinin qidalanmasına da yardımçı olur.
Eyni zamanda saçın yağlılığına nəzarət edən şam terebentin yağı saç köklərinin PH balansını qoruyur. Saçlarınıza mütəmadi olaraq sürtəcəyiniz şam skipidar yağı ekzema, qaşınma, artıq yağlanma kimi problemlərdən qurtulmanıza böyük kömək edəcək.