Antioksidant təsiri, hüceyrə qoruyucu gücü və immun sistemini dəstəkləyici xüsusiyyətləri ilə tanınan selenium əsl “gənclik mineralları”ndan biri sayılır. Bu mikroelement bədənin bir çox funksiyasını qoruyur, yaşlanma prosesini ləngidir, dəri və saç sağlamlığına töhfə verir.

Foodinfo.az xəbər verir ki, selenyum sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır. Bu təsiri ilə erkən yaşlanma, xərçəng və ürək-damar xəstəliklərinə qarşı qoruyucu rol oynayır.  

O, beyin funksiyalarının qorunmasında da mühüm rol oynayır. Alzheimer və Parkinson kimi nevroloji xəstəliklərin riskini azaldır. Eyni zamanda qalxanabənzər vəz (tiroid) hormonlarının balansını tənzimləyir.

Bu mineral dərinin elastikliyini artırır, qırışların qarşısını alır və sızanaq problemlərinin azalmasına kömək edir. Eyni zamanda saç tökülməsini yavaşladır, saçlara canlılıq bəxş edir.  

Selenyum ağ qan hüceyrələrinin fəaliyyətini artıraraq orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Soyuqdəymə və qrip kimi viruslara qarşı təbii qalxan rolunu oynayır.

Bəs, selenyum hansı qidalarda var?

- Braziliya qozu (bir ədəd kifayət qədər selenyum ehtiva edir)  

- Balıq (xüsusilə tuna və sardina)  

- Yumurta  

- Süd məhsulları  

- Qırmızı ət və toyuq  

- Tam taxıllar və günəbaxan tumu 

Gündəlik ehtiyac orta hesabla 55 mikroqramdır. Artıq qəbul isə toksik təsir göstərə bilər, bu səbəbdən qida əlavələrindən istifadə edərkən həkimlə məsləhətləşmək vacibdir.