Son dövrlər təbii məhsullar arasında maraqla qarşılanan xurma toxumu, yalnız tullanacaq hissə kimi deyil, faydalı bir qida əlavəsi kimi də dəyərləndirilir. Xüsusilə hormonal tarazlığa təsiri ilə bağlı elmi və təbii təcrübələr bu mövzunu daha da aktuallaşdırır.

Foodinfo.az xəbər verir ki, xurma toxumu antioksidantlar, sink, maqnezium və polifenollarla zəngindir. Bu maddələr endokrin sistemin sağlam işləməsi, yəni hormonların düzgün ifrazı üçün mühüm rol oynayır. Sink və maqnezium kimi minerallar tiroid, insulin və cinsiyyət hormonlarının tarazlanmasında iştirak edir.

Xüsusilə menstrual dövrləri nizamsız olan qadınlarda xurma toxumu çayı və ya tozu estrogen-progesteron balansının dəstəklənməsi, əməliyyatsız hormon tənzimləməsi baxımından alternativ yol kimi tövsiyə olunur. Həmçinin menopauza dövründə baş verən hormonal dalğalanmaları yumşaltmağa kömək edir.

Xurma toxumu tərkibindəki təkmilləşdirilmiş antioksidant xüsusiyyətləri sayəsində testosteron səviyyəsinin qorunmasına və sperma keyfiyyətinin artırılmasına dəstək ola bilər. Bu xüsusiyyətlər onu təbii reproduktiv sağlamlıq dəstəyi kimi önə çıxarır.