Kartofun məhsuldarlığının aşağı olmasının əsas səbəblərindən biri “uyğun olmayan qonşularla” birlikdə əkilməsidir. Əgər kartofun yanında ona “uyğun gəlməyən” bitki əkilərsə, bu, ciddi problemlərə yol aça bilər.

Foodinfo.az lent.az-a istinadla bununla bağlı məlumatları sizə təqdim edir:

1. Gövdəci (paslen) fəsiləsinə aid bitkilər

Kartofla eyni fəsiləyə aid bitkilər onun yanında əkilməməlidir. Əks halda bağban yüksək məhsul əldə edə bilməz.

Səbəb:

Bu bitkilər eyni xəstəliklərə və zərərvericilərə qarşı həssasdır. Eyni zamanda torpaqdan eyni qidaları soraraq bir-biri ilə rəqabət aparırlar.

Ən çox rast gəlinən səhvlər:

Pomidor

Badımcan

Bibər

2. Digər uyğun olmayan "qonşular"

Kartofla yanaşı əkilməsi tövsiyə olunmayan digər tərəvəzlər:

Xiyar

Balqabaq

Qabak (kabaçki)

Bu bitkilər də torpaqda qida maddələri uğrunda kartofla rəqabətə girirlər.

Nəticə:

Yuxarıda adları çəkilən bitkilərlə kartof eyni sahədə əkilərsə, bu məhz məhsuldarlığın ciddi şəkildə azalmasına səbəb olur.

Qeyd:

Kartof üçün ən yaxşı qonşular – noxud, lobya, sarımsaq və soğandır. Onlar torpağı zənginləşdirir və zərərvericiləri uzaqlaşdırmağa kömək edir