
Son illərdə səhərlər acqarına limonlu su içmək sağlam həyat tərzinin bir hissəsinə çevrilib. Bu sadə vərdiş həm orqanizmi oyadır, həm də günə təmiz bir başlanğıc verir.
Foodinfo.az bu içkinin faydalarını təqdim edir:
- Limonlu su mədə turşusunu balanslaşdırır və bağırsaqların hərəkətini stimullaşdırır. Bu da qəbizlik və şişkinlik kimi problemlərin azalmasına kömək edir.
- Tərkibindəki C vitamini və antioksidantlar qaraciyərin fəaliyyətini dəstəkləyir və bədənin təbii detoks prosesini sürətləndirir.
- C vitamini ilə zəngindir. Səhərlər acqarına içildikdə soyuqdəymə və infeksiya riskini azaldır, immun sistemini gücləndirir.
- Antioksidant təsiri sayəsində limonlu su dəri hüceyrələrinin yenilənməsinə, sızanaq və solğunluğun azaldır.
- Limonlu su metabolizmi sürətləndirir və toxluq hissi yaradır. Bu da çəkiyə nəzarət üçün dəstək rolunu oynayır.
Səhər acqarına limonlu su içmək, sadə görünsə də, bədənə çoxsaylı faydalar verir. Həm sağlamlıq, həm də enerji baxımından güclü bir başlanğıc üçün yaxşı vərdişdir.