Qan təzyiqinin düzgün ölçülməsi sağlamlıqla bağlı dəqiq diaqnoz qoyulması üçün vacibdir. 

Foodinfo.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, təzyiq hər iki qoldan ölçülə bilər. 

Əgər iki qol arasında 10 mmHg-dən çox fərq varsa, bu hal damar tıxanıqlığı və ya digər kardioloji problemlərin xəbərçisi ola bilər. Belə vəziyyətlərdə həkim məhz təzyiqin daha yüksək olduğu qoldan ölçülməsini tövsiyə edir.  

Təzyiq ölçülərkən qol ürək səviyyəsində saxlanmalı, şəxs sakit vəziyyətdə olmalıdır. Düzgün ölçülmə həm hipertoniya, həm də hipotoniya riskinin vaxtında aşkarlanmasına imkan verir.