Yuxuya getməkdə çətinlik bir çox hallarda yuxu pozuntularının ilkin əlamətidir. Xroniki gec yuxuya getmə halları tez-tez insomniya ilə əlaqələndirilir. Bu vəziyyət gündəlik fəaliyyəti və ümumi sağlamlığı ciddi şəkildə poza bilər. Gec yuxuya getmək həmçinin depressiyanın erkən simptomlarından biri ola bilər.

Foodinfo.az xəbər verir ki, depressiv şəxslərdə zehni fəaliyyət gec saatlarda daha aktiv ola bilər. Həmçinin, anksiyete pozuntusu zamanı da beyin gecə saatlarında sakitləşməkdə çətinlik çəkir. Bipolyar pozuntu zamanı da yuxu ritmləri pozula və gec yuxuya getmə müşahidə oluna bilər.

Diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB) olan şəxslərdə də bu hal tez-tez baş verir. Qan şəkərinin qeyri-sabitliyi də yuxu ritmini poza bilər. Gec saatlarda telefon, kompüter və televizor kimi mavi işıq yayan cihazlara məruz qalmaq vəziyyəti ağırlaşdırır.

Əgər bu hal uzun müddət davam edirsə, psixiatr və ya nevroloqa müraciət edilməlidir.