
Yuxusuzluq müasir dövrün ən geniş yayılmış problemlərindən biridir. Stress, texnologiyanın həddindən artıq istifadəsi, qeyri-sağlam qidalanma və nizamsız həyat tərzi bir çox insanın gecələr keyfiyyətli yuxu almasına mane olur.
Foodinfo.az xəbər verir ki, bu problemin qarşısını almaq üçün insanlar müxtəlif üsullara müraciət edir. Onlardan biri də təbii üsulla rahatlama imkanı verən bitki çaylarıdır.
Bitki çayları əsrlərdir həm fiziki, həm də psixoloji rahatlıq üçün istifadə olunur. Bəzi bitkilər beynin sakitləşməsinə, sinir sisteminin tarazlanmasına və stress hormonlarının azalmasına kömək edərək bədənin yuxuya keçidini asanlaşdırır.
Bu çayların tərkibindəki təbii birləşmələr melatonin və GABA kimi yuxunu tənzimləyən maddələrin təsirini gücləndirir.
Çobanyastığı çayı - Ən məşhur rahatladıcı çaylardan biridir. Yumşaq təsiri ilə sinirləri sakitləşdirir, narahatlığı azaldır və yuxuya getməyə kömək edir. Tərkibindəki apigenin maddəsi beyin reseptorlarına təsir edərək sakitlik hissi yaradır.
Melisa (limon otu) çayı - Stress və gərginlik zamanı sinir sisteminə müsbət təsir göstərir. Yuxuya getməkdə çətinlik çəkənlər üçün faydalı olduğu araşdırmalarla təsdiqlənmişdir.
Lavanda çayı - Xoş ətri və sakitləşdirici təsiri ilə lavanda yuxu problemi olan insanlar üçün əla seçimdir. Düzgün miqdarda istifadə edildikdə yuxu müddətini və keyfiyyətini artırır.
Nanə çayı - Birbaşa yuxu gətirici olmasa da, mədə və sinir sistemini rahatlaşdıraraq daha sakit bir yuxu üçün zəmin yarada bilir.
Bir sıra klinik tədqiqatlar göstərir ki, papatya və melisa kimi bitki çayları yuxuya getmə müddətini qısaldır, yuxu keyfiyyətini yüksəldir və gecə oyanmalarını azaldır. Bitkilərin tərkibindəki bioaktiv maddələr beyində sakitləşdirici təsir göstərən mexanizmləri aktivləşdirir.
Diqqət ediləsi məqamlar:
- Bitki çayları təhlükəsiz görünə bilər, lakin hər bədənə uyğun olmaya bilər.
- Hamilə qadınlar, xroniki xəstəliyi olanlar və dərman qəbul edənlər həkimlə məsləhətləşməlidir.
- Yatmazdan ən az 30 dəqiqə əvvəl içilməlidir.
- Çaylar şəkərsiz və tünd olmamalıdır.
- Paketlənmiş və aromatizasiya olunmuş çaylar yerinə təbii və qurudulmuş otlardan hazırlanmış çaylara üstünlük verilməlidir.