
Soyuducunun qapısını təzəcə bağladınız, amma beş dəqiqə sonra yenə açırsınız? – Bu vəziyyət sizə tanış gəlirsə, səbəb hər zaman aclıq olmaya bilər.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bir çox insan emosional aclığı fiziki aclıqla qarışdıraraq, fərqində olmadan qida asılılığı yaşayır.
Əsl aclıq yavaş başlayır, qarında qurultu ilə müşayiət olunur və hər cür yeməklə doymaq mümkündür. Emosional aclıq isə birdən başlayır, tez doymaq olmur və insan xüsusilə şirniyyat, duzlu və yüksək kalorili qidalar istəyir.
Qida asılılığı beyindəki mükafat sistemini aktivləşdirən bəzi yeməklərə (adətən şəkərli, yağlı qidalar) qarşı kontrolsuz yemək istəyidir. Alkoqol və siqaret asılılığına bənzər davranışlar müşahidə olunur.
Emosional yemək zamanla çəki artımına, özünə güvən itkisinə və xroniki xəstəliklərə səbəb ola bilər.