Bir çoxumuz qoz, fındıq, badam, ləbləbi kimi çərəzləri birbaşa qabından götürüb yeyirik. Bəs heç düşündünüzmü – bu çərəzləri yeməzdən əvvəl yumaq lazımdırmı? Mütəxəssislər bu sualın cavabını "bəli" olaraq verir və səbəblərini sadalayır.

Bəs nəyə görə yumaq vacibdir?

1. Kimyəvi maddələrdən təmizlənmək üçün

Çərəzlər uzun müddət saxlanıla bilsin deyə üzərinə konservantlar, göbələk əleyhinə maddələr və ya parıldadıcılar vurula bilər. Bu maddələr gözlə görünmür, lakin sağlamlıq üçün zərərlidir.

2. Duz və digər qatqılardan azad olmaq üçün

Duzlu çərəzlərdə yüksək miqdarda natrium olur ki, bu da təzyiq və böyrək problemi olanlar üçün risk daşıyır. Yumaqla üzərindəki duzun böyük hissəsi təmizlənə bilər.

3. Çirk və bakteriyalardan qorunmaq üçün

Çərəzlər qablaşdırılmadan öncə toplanma, daşınma və saxlanma proseslərindən keçir. Bu mərhələlərdə toz, mikrob və həşərat qalığı ilə çirklənə bilər. Xüsusən açıq çərəzlər alındıqda bu risk daha yüksək olur.