Spirtli içkilər təkcə qaraciyəri deyil, çəki tarazlığını da təhlükə altına alır. Son elmi araşdırmalar göstərir ki, müntəzəm və həddindən artıq spirt qəbulu kökəlməyə birbaşa təsir edir.

Foodinfo.az bildirir ki, bir çox insan spirtli içkilərin arıqlama planlarına təsir etmədiyini düşünür. Amma reallıq fərqlidir. Məsələn: 1 stəkan şərab təqribən 125 kalori, 1 butulka pivə 150–200 kalori, 1 pors shot (viski/vodka) 70–100 kalori təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, bu kalorilər tez-tez və nəzarətsiz şəkildə qəbul edildikdə bədəndə yağ olaraq depolanır.

Spirtli içkilər həm də iştahı artırır, nəzarətsiz yemək vərdişlərini gücləndirir. Spirtli içki qəbulundan sonra insanlar çox zaman daha yağlı və kalorili qidaları seçir, gecə yemək vərdişinə qapılır, su əvəzinə içki ilə maye balansını tənzimləməyə çalışır.

Spirtli içkilər sadəcə özləri ilə kalori gətirmir. Onlar insanın qida davranışına da təsir edir və bu da dolayısı ilə artıq çəkiyə səbəb olur.