
Paxlalılar (noxud, lobya, mərcimək, soya və s.) çox faydalı qida məhsullarıdır – zülal, lif, vitamin və mineral baxımından zəngindir. Amma böyrək xəstəlikləri olan insanlara bəzi hallarda zərərli təsirləri ola bilər.
Foodinfo.az paxlalıların böyrəklərə ola biləcək zərərlərini təqdim edir
- Paxlalıların tərkibində kalium və fosfor yüksək miqdarda olur. Böyrək çatışmazlığı olan insanlar bu mineralları sidiklə bədəndən düzgün atmadığı üçün onların qanda yığılması ürək ritm pozuntusu, **əzələ zəifliyi və s. kimi ciddi fəsadlara səbəb olur.
- Bitki mənşəli zülallarla zəngin olan paxlalılar sağlam insanlar üçün çox faydalıdır, lakin böyrək funksiyası zəif olanlar üçün zülalın çoxluğu böyrəklərə əlavə yük deməkdir. Çox zülal qəbul etdikdə orqanizm daha çox azotlu maddə ifraz etməli olur, bu isə zəif böyrəklər üçün problem yaradır.
- Paxlalıların qaz və şişkinlik yaratma xüsusiyyəti var. Xüsusilə həssas və xəstə böyrəklər zamanı bu narahatlıq artaraq ümumi sağlamlıq halına mənfi təsir edə bilər. Qarında qaz və diskomfort, bəzi hallarda yuxusuzluq və təzyiq dəyişikliklərinə səbəb olur.
Kimlər daha ehtiyatlı olmalıdır?
- Xroniki böyrək xəstəliyi olanlar
- Dializ xəstələri
- Kalium səviyyəsi yüksək olan insanlar (hiperkalemiya)
- Fosfor səviyyəsi yüksək olanlar