
Hamiləlik dövrü qadın orqanizmi üçün xüsusi və həssas bir mərhələdir. Bu müddətdə istifadə olunan qidalar və içkilər körpənin sağlam inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bəzi bitki çaylarının hamiləlik zamanı içilməsinin təhlükəsiz və faydalı olduğunu bildirir.
Foodinfo.az hamilələr üçün təhlükəsiz sayılan və rahatladıcı təsir göstərən 5 bitki çayını təqdim edir:
Zəncəfil çayı
Bulantı və qusmaların qarşısını almağa kömək edir. Səhərlər və ya yeməkdən əvvəl içilə bilərsiniz. Gündə 1 fincandan artıq tövsiyə edilmir.
Çobanyastığı çayı
Sakitləşdirici və yuxu gətirici təsiri var. Gecə yatmazdan əvvəl içilməsi məsləhət görülür. Həddindən artıq istifadə edilərsə, allergik təsirlər verə bilər.
Nanə çayı
Həzm sistemini yaxşılaşdırır, mədə yanmasını azaldır. Yeməkdən sonra rahatlıqla içilə bilər. Həddindən artıq miqdarda istifadə edilməməlidir.
Moruq yarpağı çayı
Uşaqlıq əzələlərini gücləndirir, doğuşa hazırlıq üçün istifadə olunur. Adətən hamiləliyin son trimestrində tövsiyə edilir. İlk trimestrdə istifadə edilməsi tövsiyə olunmur.
5. Limonlu melissa (balzamotu) çayı
Gərginliyi və narahatlığı azaldır. Stressli və yuxusuz günlərdə içilə bilər. Gündə 1-2 fincandan çox olmamaq şərtilə istifadə etmək tövsiyə olunur.
Hər bir hamiləlik fərqlidir. Bitki çaylarını rasiona əlavə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir. Həddindən artıq və təsadüfi istifadədən qaçmaq lazımdır.