Yuxusuz qalmaq təkcə əhvalı korlamır, dərini də qocaldır. Aparılan araşdırmalar göstərir ki, davamlı yuxusuzluq dəri qırışlarını artırır, dərinin elastikliyini azaldır və erkən yaşlanmaya səbəb olur.

Foodinfo.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, gecə yuxusu zamanı bədən və dəri bərpa prosesindən keçir. Yuxu pozulduqda bu proses yarımçıq qalır və nəticədə dəridə aşağıdakı mənfi təsirlər yaranır:

1. Qırışların artması 

Yuxusuzluq kollagen istehsalını azaldır. Kollagen azlığı dərinin sallanmasına və qırışların yaranmasına səbəb olur.

2. Dərinin solğunlaşması  

Yuxusuz bədən kifayət qədər oksigen almır. Bu da dəridə solğunluq və mat görünüş yaradır

3. Gözaltı tünd halqalar və torbalar  

Bu, ən tez görünən təsirlərdən biridir. Yorğun baxışlar və şişkin gözlər ümumi görünüşə mənfi təsir edir.

4. Dərinin bərpa gücü azalır  

Gün ərzində dəridə yığılan zərərli təsirlər (UV, çirklənmə) gecə yuxusunda təmir olunur. Yuxusuzluq bu prosesi zəiflədir.

Hər gecə ən azı 7–8 saat keyfiyyətli yuxu almağa çalışın. Yatmazdan öncə ekranlardan uzaqlaşmaq, ağır qidalardan çəkinmək, və rahatlaşdırıcı ortam yaratmaq tövsiyə olunur.  

"Gözəllik yuxudan keçir" deyimi təkcə bir söz deyil – elmi əsası olan bir həqiqətdir. Dərinin gənc və sağlam qalmasını istəyirsinizsə, yuxunuza qarşı diqqətli olun.