Çayı dəmlədikdən sonra onu doğru vaxtda içmək həm ləzzət, həm də sağlamlıq baxımından önəmlidir.

Foodinfo.az xəbər verir ki, çayı 5–10 dəqiqə dəmləndikdən sonra içmək ən uyğundur. 5 dəqiqədən az dəmlənsə, çay tam rəngini və faydalı maddələrini buraxmaya bilər.  

10 dəqiqədən çox gözləsə, çayın tərkibindəki tanin və kofein artaraq acılıq hissi yaradar. Həmçinin mədə turşusunu artıra bilər. Faydalı antioksidantlar oksidləşməyə başlaya bilər.

70°C-dən yüksək temperaturda çay içmək qida borusunun selikli qişasını zədələyə bilər Eyni zamanda, bu uzun müddət davam edərsə, xərçəng riskini artıra bilər.