
Qidanı düzgün çeynəmək həm həzm sistemi, həm də ümumi sağlamlıq üçün çox vacibdir.
Foodinfo.az xəbər verir ki, əksər mütəxəssislərin tövsiyəsinə görə, bir tikəni təxminən 20-30 dəfə çeynəmək lazımdır.
Bu rəqəm yeyilən qidanın növündən asılı olaraq dəyişə bilər:
- Sərt və lifli yeməklər (ət, çiy tərəvəzlər) – 30-40 dəfə
- Yumuşaq yeməklər (kartof püresi, yumşaq meyvələr) – 15-20 dəfə
Bəs niyə qidanı çox çeynəmək vacibdir?
1. Həzm ağızda başlayır: Ağızdakı tüpürcək fermentləri (məsələn, amilaza) karbohidratları parçalamağa kömək edir.
2. Mədəni yükləmir: Yaxşı çeynənmiş qida mədəyə daha asan keçərək həzm sisteminə yük salmır.
3. Toxluq siqnalı vaxtında gəlir: Beynə toxluq siqnalı təxminən 15-20 dəqiqəyə gedir. Çox çeynəyərək yavaş yemək daha az yeməyə səbəb olur.
4. Qaz, şişkinlik və mədə turşusu azalır.