Dietoloq Daria Rusakova meyvə pəhrizləri və smoothie əsaslı pəhrizlərin balanslaşdırılmış və müxtəlif pəhriz olmadığını və sağlamlıq üçün təhlükəli olduğunu söyləyib.

“Meyvələrdə demək olar ki, heç bir yağ və zülal yoxdur və onların tərkibindəki şəkər çəki artımının əsas səbəbi ola bilər”, - ekspert URA.RU ilə söhbətində deyib.

Foodinfo.az xəbər verir ki, mütəxəssisin fikrincə, artıq şəkər yağ yataqları şəklində toplanacaq və çoxlu miqdarda lif və maye həzm sisteminin fəaliyyətini poza və qida maddələrinin normal mənimsənilməsinə mane ola bilər.

Rusakova əlavə etdi ki, meyvə pəhrizi xroniki mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər.