
Quzuqulağı həm ləzzətli, həm də çox faydalı bir bitkidir. Xüsusilə yaz aylarında yabanı şəkildə yetişən bu turşməzə bitki vitamin və mineral baxımından zəngindir.
Foodinfo.az quzuqulağının faydalarını təqdim edir:
- Tərkibindəki liflər bağırsaqların işini tənzimləyir və qəbizlik problemini azaldır.
- Mədə turşusunu balanslaşdıraraq həzmə kömək edir
- Antioksidant və C vitamini sayəsində orqanizmdəki iltihabları azaldır.
- Xüsusilə boğaz ağrısı, ağız yaraları və diş əti iltihabı üçün faydalı sayılır.
- C və A vitaminləri bədəni infeksiyalara qarşı qoruyur, immun sisteminin daha güclü işləməsinə yardım edir.
- A vitamini baxımından zəngin olduğu üçün dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir, eyni zamanda göz sağlamlığı üçün də faydalıdır.
- Bədəndə artıq suyun atılmasına kömək edərək ödemi azaldır
- Bəzi ənənəvi təbabət sistemlərində qantəmizləyici və orqanizmi zəhərlərdən təmizləyici təsiri olduğuna inanılır.
- Tərkibində oksalatlar olduğu üçün böyrək daşı problemi olanlar və podaqra xəstələri çox istifadə etməməlidir.