Qazlı şəkərli içkilər ağız boşluğunda pH səviyyəsini dəyişir və bu da diş minasının məhvinə səbəb olur. Zərərləri minimuma endirmək üçün belə içkiləri çöp vasitəsilə içmək daha yaxşıdır - bu, şəkər və turşuların dişlərin səthi ilə təmasını məhdudlaşdırır.

Foodinfo.az xəbər verir ki, belə içkiləri içkidən sonra ağzı su ilə yaxalamaq vacibdir - bu, diş minasına dağıdıcı təsir göstərən şəkər və turşu qalığının çıxarılmasına kömək edəcəkdir.

Həmçinin qazlı içki içdikdən dərhal sonra dişləri fırçalamamaq da önəmlidir. Turşuluq səviyyəsi normallaşana qədər 30-60 dəqiqə gözləməlisiniz. Əks halda, minaya daha çox zərər verə bilərsiniz.

Sağlam dişlər üçün fluoridli diş pastasından istifadə etmək və müntəzəm olaraq diş həkiminə baş çəkmək tövsiyə edlir.