
Günümüzdə bir çox insan şirniyyatsız yaşaya bilmədiyini etiraf edir. Xüsusilə tort, konfet, kekslər və qazlı içkilər gündəlik qidalanmada geniş yer tutur. Lakin mütəxəssislər bildirirlər ki, şəkərə bağlılıq sadəcə zövq məsələsi deyil, sağlamlıq üçün ciddi risk daşıyır.
Foodinfo.az xəbər verir ki, endokrinoloqlar bildirirlər ki, tez-tez şiriniyyat yemək istəyi bəzən psixoloji və hormonal səbəblərdən qaynaqlanır. Xüsusilə stres zamanı beyində "mükafat hormonu" olan dopaminin artması ilə bədən şəkər tələb edir. Bu isə qısamüddətli rahatlıq, uzunmüddətli isə zərər deməkdir.
Şəkərə düşkünlük hansı problemlərə yol açır?
1. İnsulin müqaviməti və şəkərli diabet
2. Artıq çəki və piylənmə
3. Dəri problemləri – sızanaq, erkən qocalma
4. Diş çürüməsi
5. Qaraciyər piylənməsi
6. Zəifləmiş immun sistemi
7. Yuxusuzluq və enerji düşkünlüyü
Şirin istəyini necə azaltmaq olar?
- Tədricən şəkəri azaldın
- Onu meyvə ilə əvəz edin (banan, xurma, alma)
- Bol su için – bəzən susuzluq şəkər istəyinə bənzər hiss yaradır
- Kifayət qədər yatın – yuxusuzluq şəkər istəklərini artırır
- Hərəkətli həyat tərzi sürün
- Qan şəkərini stabilləşdirən lifli və zülallı qidalar qəbul edin
Şirniyyatsız qala bilməmək sadəcə zəif iradə deyil, bəzən bədəndə siqnal verən balanssızlığın göstəricisidir. Bu vərdişin uzunmüddətli fəsadları isə həm maddələr mübadiləsini pozur, həm də ciddi xəstəliklərə yol aça bilər. Mütəxəssislər şəkər istehlakının nəzarətdə saxlanmasını vacib hesab edirlər.