Kələm qış üçün müxtəlif üsullarla hazırlanır və hər üsul öz dadı və xüsusiyyəti ilə fərqlənir. Foodinfo.az xəbər verir ki, insanlar tez-tez turş kələmi duzlu kələmlə qarışdırır, amma bunlar fərqli hazırlanma üsullarıdır.

Turş kələm – kələm öz suyunda, az miqdarda duz əlavə edilməklə hazırlanır. Bu halda duz qoruyucu rolunu oynayır, kələm suyu isə turşu əmələ gətirir. Nəticədə kələm həm turş, həm də duzlu olur. Turş kələmdə duz miqdarı duzlu və marinə edilmiş kələmdən azdır.

Duzlu kələm – kələm əvvəlcə əzilmədən, soyuq və ya isti duzlu salamura ilə doldurulur. Burada duz turş kələmdən daha çox qoyulur. Soyuq üsulla hazırlananda kələm daha xırtıldayan olur, isti üsulla isə daha tez hazırlaşır, amma bəzən yumşaq ola bilər. Duzlu kələm turş olmur, yalnız duzludur.

Marinə edilmiş kələm – salamuraya sirkə və ya başqa turşu əlavə olunur. Həmçinin istəyə görə ədviyyat və şəkər də əlavə etmək olar. Kələm doğranıb isti salamura ilə doldurulur, bankalarda bir neçə gün saxlanılır. Marinə edilmiş kələm həm duzlu, həm turş, həm də azca şirin dadlı olur. Tez hazırlaşır – bir-üç gün ərzində.

Beləliklə, kələmin turş, duzlu və marinə edilmiş variantları həm hazırlanma üsulu, həm də dad xüsusiyyəti ilə fərqlənir.