Hər kəsin qidalanmasında beş məhsulu tamamilə istisna etməsi vacibdir. Foodinfo.az xəbər verir ki, diyetoloq Cessika Felipe bu barədə Terra nəşrinə danışıb.

O bildirib ki, tez bişən əriştə (instantly noodles) çoxlu duz və konservant ehtiva edir. Bu, böyrəklərə yük salır və qan təzyiqini artırır.

Diyetoloq həmçinin kolbasadan imtina etməyi tövsiyə edib, çünki onun çox qəbulu kolorektal xərçəng riskini yüksəldir.

Növbəti təhlükəli məhsullar hamburgerlərdir. Onlar çox kalori, doymuş yağ və kimyəvi əlavələr ehtiva edir. Tez-tez istifadə edildikdə bu, artıq çəki, insulin müqaviməti və ürək-damar xəstəlikləri yarada bilər.

Cessika Felipe həmçinin qril üzərində qızardılmış ətlər və qazlı içkilərdən imtina etməyi tövsiyə edib.

Beləliklə, tez bişən əriştə, kolbasa, hamburger, qril ətləri və qazlı içkilər gündəlik qidadan çıxarılsa, sağlamlığa böyük fayda gətirə bilər.