
Qida təhlükəsizliyi mütəxəssisləri xəbərdarlıq edir: düzgün saxlanılmayan məhsullar ciddi infeksiya mənbəyinə çevrilə bilər. Foodinfo.az xəbər verir ki, “Start Kaçestva” şirkətinin baş direktoru Konstantin Derevskovun sözlərinə görə, bağırsaq çöpləri (E.coli) ən çox hazır ət və balıq məhsullarında, eləcə də xam süddə aşkar edilir.
Ekspert bildirib ki, soyuducu və dondurucu kameralarında saxlanılan istənilən məhsul potensial risk daşıyır, çünki mikroorqanizmlər aşağı temperaturda da müəyyən dərəcədə yaşama qabiliyyətinə malikdir.
Derevskovun sözlərinə görə, bağırsaq çöpləri, listeriya və salmonella kimi bakteriyaların yaranma riski adətən temperatur rejiminin pozulması, zəif sanitar şərait, qeyri-düzgün avadanlıq istifadəsi və ya qida qablaşdırmasının hermetikliyinin pozulması hallarında artır.
O, xüsusilə hazır ət məhsullarının, kolbasa və balıq konservalarının saxlanması zamanı ehtiyatlı olmağı, məhsulun saxlama müddətinə və şəraitinə diqqət yetirməyi məsləhət görür.
Mütəxəssis həmçinin ev şəraitində qida gigiyenasına əməl etməyin, soyuducunun mütəmadi təmizlənməsinin və çiy məhsullarla bişmiş qidaların ayrılıqda saxlanmasının vacibliyini vurğulayıb.
Beləliklə, məhsulun dadına yox, keyfiyyətinə və saxlama şəraitinə güvənmək sağlam qalmağın ən vacib şərtidir.