Cirə həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi minillərdir ki, istifadə olunur. Xüsusilə Azərbaycan mətbəxində və xalq təbabətində də geniş yayılmışdır.

Foodinfo.az cirənin faydalı xüsusiyyətlərini təqdim edir:

1. Həzm sisteminə faydalıdır

Cirə, xüsusilə qaz və köp problemini aradan qaldırmaqda təsirlidir. Mədə turşuluğunu balanslaşdırır, iştahanı artırır və həzmi sürətləndirir.

2. İltihab əleyhinə təsiri

Tərkibindəki antioksidant və iltihab əleyhinə maddələr (məsələn, kuminaldehid) bədənin müdafiə sistemini gücləndirir, iltihabi xəstəliklərin qarşısını almağa kömək edir.

3. İmmunitet sistemini gücləndirir

C vitamini, dəmir və digər minerallarla zəngin olan cirə orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

4. Qan şəkərini tənzimləyir

Bəzi tədqiqatlar göstərir ki, cirə toxumu və ya ekstraktı qan şəkərinin səviyyəsinin sabit saxlanmasına yardım edə bilər – bu, xüsusilə şəkərli diabet riski olan insanlar üçün önəmlidir.

5. Qanazlığının qarşısını alır

Cirə yüksək miqdarda dəmir ehtiva edir. Bu isə qanazlığı (anemiya) ilə mübarizədə faydalıdır.

6. Bakteriyalara qarşı təsiri

Cirənin antibakterial xüsusiyyətləri bəzi mikrobların inkişafını əngəlləyir. Bu səbəblə, təbii bir qoruyucu kimi də işlədilə bilər.

7. Menstruasiya ağrılarına kömək edir 

Xalq təbabətində cirə çayı qadınlarda aybaşı dövründə yaranan sancıların və narahatlığın azaldılması üçün istifadə olunur.

Həddindən artıq qəbul edildikdə qarında yanma və ya allergik reaksiya yarada bilər. Hamilə qadınlar həkimlə məsləhətləşmədən istifadə etməməlidir.