
Yatmazdan əvvəl bir stəkan qatıq yemək həm mədəni sakitləşdirir, həm də metabolizmi aktiv saxlayır. Qatığın tərkibindəki probiotiklər bağırsaq florasını gücləndirir. Sağlam bağırsaq mikroflorası isə metabolik prosesləri sürətləndirir.
Foodinfo.az RBC-ya istinadla xəbər verir ki, qatıqda olan kalsium və protein gecə boyu toxluq hissini artırır. Bu isə gecə ac qalmaq və səhər artıq yemək ehtimalını azaldır. Araşdırmalara görə, axşam qatıq yeyənlərdə piylənmə riski az olur. Xüsusilə yağsız və şəkərsiz qatıq seçmək daha faydalıdır. Qatıq həm də yuxunu yaxşılaşdıran triptofan maddəsi ilə zəngindir. İnsulin səviyyəsini sabit saxladığı üçün şəkər dalğalanmasının qarşısını alır. Amma laktoza həssaslığı olanlar ehtiyatla istifadə etməlidir.
Ən yaxşı nəticə üçün qatığa darçın və ya çia toxumu əlavə etmək olar. Sadə, ucuz və təsirli bir axşam vərdişidir.