Çay dünyada ən çox istehlak edilən içkilərdən biridir. Lakin bəzən gündəlik həyatımızda həddindən artıq qəbul etdiyimiz çayın sağlamlığa mənfi təsirləri olub-olmadığı maraq doğurur. Xüsusilə "çox çay içmək xərçəngə səbəb ola bilərmi sualı geniş müzakirə mövzusudur.

Foodinfo.az xəbər verir ki, bir çox tədqiqat göstərir ki, çox miqdarda isti çay içmək bəzi sağlamlıq risklərini artırır. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, 65°C-dən isti içkilərin tez-tez qəbul edilməsi, xüsusilə qida borusu xərçəngi riskini artıra bilər. Burada çayın özü deyil, çox isti içilməsi əsas təhlükə mənbəyidir.

Həddindən artıq çay qəbulu həmçinin dəmir çatışmazlığı, yuxu pozuntusu və sidikqovucu təsirə görə orqanizmi yorğun sala bilər.

Eyni zamanda, qeyd edilməlidir ki, çay antioksidantlarla zəngindir və düzgün miqdarda istehlak edildikdə ürək-damar sağlamlığı, xərçəngə qarşı qoruyucu təsir və metabolizmanın dəstəklənməsi baxımından faydalıdır.

Çay içmək özü-özlüyündə zərərli deyil, amma həddindən artıq miqdarda və çox isti şəkildə içilməsi bəzi xərçəng növlərinin riskini artıra bilər.