Yuxu orqanizmin normal olması üçün vacib olan mühüm fizioloji hadisədir. Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir.
Foodinfo.az moderator.az-a istinadən, yaş qruplarına uyğun yuxu rejimlərini təqdim edir.
- Yeni doğulmuş uşaqlar sutka ərzində 21 saat;
- 6 aylıqdan 1 yaşına kimi uşaqlar 16 saat;
- 2-4 yaş arası uşaqlar 14 saat;
- 12-15 yaş arası yeniyetmələr 9 saat;
- Yetişkin və yaşlılar isə 7-8 saat yatmalıdır.
Lakin keçmişə baxsaq tarixi şəxsiyyətlər çox az yatırmışlar. Belə ki, Napaleon, Şiller, Hötenin yuxu rejimi 5 saat, Edisson da isə 2-3 saat olub.
Yuxu zamanı bir sıra gigiyena qaydalarına əməl etmək lazımdır. Axşam yeməyini yuxudan azı 2 saat qabaq yemək lazımdır ki, dolmuş mədə diafraqmanı yuxarıya basıb yatarkən rahat tənəffüs etməyə mane olmasın.
Bəs, yuxuya başqa nələr mane olur?
Parlaq işıq, səs, kəskin iylər, çox isti və ya çox soyuq temperatur yuxunu pozan amillərdəndir. Təmiz havanın normal yuxu üçün əvəzolunmaz əhəmiyyətli olduğunu nəzərə alıb pəncərə və nəfəsliyi açıq qoyub yatmaq məsləhətdir.
Bundan əlavə, beyinə qanın normal getməsi üçün başınızın altındakı yastıq nə çox hündür, nə də çox alçaq olmalıdır. Sağ tərəf üstünə yatmaq məsləhətdir. Buna səbəb bunun ürəyin sol tərəfdə yerləşməsidir.
Qaranlıq otaq, sakitlik, yaxşı düzəldilmiş yataq, yüngül və isti yorğan, rahat gecə paltarı normal yuxu üçün əhəmiyyətlidir. Spirtli içkilər içmək, səs-küy yuxu ilə ayıqlığın düzgün növbələşməsini pozur, sinir sistemini zəiflədir.
Yuxusuzluğu aradan qaldırmaq üçün hər gün yuxudan əvvəl təmiz havada gəzin, ilıq vanna qəbul edin, otağın pəncərələrini və ya nəfəsliyi açıq qoyun.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?