Günəş altında uzun müddət qalan şəxslərin orqanizmi əlavə dəstəyə ehtiyac duyur. Foodinfo.az bildirir ki, günəş vannasından sonra C və E vitamini ilə zəngin qidalar dəri hüceyrələrinin bərpasına yardım edir. 

Portağal, brokoli, kivi kimi məhsullar oksidativ stresin qarşısını alaraq dərini günəşin zərərli təsirlərindən qoruyur. Bol maye qəbul olunması gün ərzində itirilən elektrolitlərin bərpası üçün vacibdir. Tərəvəz əsaslı salatlar və təbii yoqurtlar orqanizmdə soyuducu təsir yaradır. Günəş altında qalarkən qızartma və ya yağlı yeməklərdən uzaq durmaq tövsiyə olunur. 

Qarpız və xiyar kimi su ilə zəngin tərəvəzlər bədənin istiliyini tənzimləyir. A, D və sinklə zəngin məhsullar isə dəri regenerasiyasını dəstəkləyir. Günəş sonrası tünd çay və qəhvə əvəzinə, ot çayları və kokos suyu daha faydalıdır. 

Dərinin quruluğuna qarşı zeytun yağı və avokado tərkibli qidalar təbii müdafiə mexanizmini gücləndirir. Sağlam bəslənmə ilə günəş vannaları dəriyə zərər deyil, fayda gətirə bilər.