Gürcüstan hökuməti iyulun 4-dən buğda və arpa ixracına birillik qadağa tətbiq edir. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki,  “Regionda yaranmış vəziyyətlə əlaqədar olaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yerli istehsal olunan buğda və arpanın satışının yalnız daxili bazarda həyata keçiriləcək. Hökumət bu il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda istehsal olunan buğda və arpanın ixracını qadağan etmək qərarına gəlib”, – deyə mətbuat xidməti nazir Otar Şamuqiyadan sitat gətirib.