Meyvə şirələrinin sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir. Ən faydalı meyvə şirəsi anlayışı insanın sağlamlıq vəziyyətindən və qidalanma məqsədindən asılıdır. Bununla belə, ümumi rəyə görə, təzə sıxılmış və şəkərsiz meyvə şirələri daha üstün hesab olunur.

Foodinfo.az xəbər verir ki, nar şirəsi güclü antioksidant xüsusiyyətləri ilə seçilir və ürək-damar sağlamlığını dəstəkləyir. 

Portağal şirəsi isə C vitamini ilə zəngindir, immun sistemini gücləndirir və dəmirin sorulmasına kömək edir.

Beyin funksiyasına müsbət təsiri ilə tanınan qaragilə şirəsi antioksidant baxımından zəngin içkilər sırasında yer alır. 

Albalı şirəsinin iltihabəleyhinə təsir göstərə biləcəyi və əzələ ağrılarını azaltmağa kömək etdiyi bildirilir.

Bununla yanaşı, paketlənmiş şirələrdə şəkər miqdarı yüksəkdir. Həmçinin şirə sıxılarkən meyvənin lif tərkibi azalır. Bu səbəbdən bütöv meyvə yemək daha faydalı hesab olunur.

Gündə bir stəkandan artıq meyvə şirəsi qəbul etməməyi və mümkün qədər təbii, şəkərsiz variantlara üstünlük vermək tövsiyə edilir.