
Meyvələr vitamin və lif baxımından zəngindir, lakin miqdarına diqqət edilməlidir. Foodinfo.az bildirir ki, gündəlik normadan artıq meyvə istehlakı qanda şəkərin yüksəlməsinə səbəb ola bilər.
Xüsusilə üzüm, banan və manqo kimi yüksək şəkərli meyvələr ehtiyatla istifadə olunmalıdır. Meyvənin içindəki fruktoza qaraciyərdə toplanaraq yağlanmaya gətirib çıxara bilər. Arıqlamaq istəyən şəxslər meyvənin miqdarına və vaxtına diqqət etməlidirlər.
Gündə 2–3 porsiya meyvə bədən üçün kifayət edir. Meyvəni şirə şəklində deyil, bütöv şəkildə qəbul etmək daha faydalıdır. Meyvə şirələri daha sürətli şəkər yüksəlməsinə səbəb olur. Xüsusilə axşam saatlarında meyvə yemək artıq kaloriyə səbəb ola bilər.
Meyvə sağlamdır, amma onunla da ifrata varmaq orqanizmə zərər verə bilər. Sağlam qidalanma balans tələb edir və meyvələr də bu balansın bir hissəsidir.