10 dəqiqəlik zehni meditasiya seansı belə insanın koqnitiv (idrak) qabiliyyətlərini inkişaf etdirir. 

Foodinfo.az xəbər verir ki, bu barədə Eks-Marsel Universitetinin alimləri araşdırma aparıblar. 

Zehni meditasiya daxili rifah halı naminə keçmiş və ya gələcək hadisələr haqqında düşüncələrə qarışmadan indiki məqama diqqət yetirmə qabiliyyətini inkişaf etdirməyi hədəfləyən bir təcrübədir. Təcrübə nəfəs məşqlərini də əhatə edir.

Tədqiqatda müntəzəm olaraq meditasiya edən 22 və meditasiya ilə məşğul olmağa yeni başlayan 20 nəfər iştirak ediblər. Tədqiqat zamanı tədqiqatçılar iştirakçıların ürək döyüntülərini qeyd edib, ardınca Strup testindən istifadə edərək əsas koqnitiv sınaqlar aparıblar.

Leyla