Rus alimləri insan dərisinin asanlıqla kök sala bilən analoqunu çap etməyə nail olublar.

Foodinfo.az xəbər verir ki, bu barədə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Regenerativ Tibb İnstitutunun kiçik elmi işçisi, aspirant Polina Bikmulina "Sankt-Peterburq" telekanalının efirində danışıb.

"Əsas üstünlük ondan ibarətdir ki, az miqdarda donor materialı götürərək bu hüceyrələri artıq laboratoriyada daha çox sənaye həcmləri üçün böyütmək mümkündür", - deyən Bikmulina bunun insan üçün travmatik olmadığını, dərinin tez bərpa olduğunu əlavə edib.

Biomaterial dəri transplantasiyasına ehtiyacı olan şəxsin özündən götürülür. daha sonra biomürəkkəb hazırlanır. Biomürəkkəb biokağızda çap etmək üçün istifadə olunan hüceyrələr və ya hüceyrə sferoidlərindən ibarət olan bir materialdır. Biokağız isə yaranan toxumaları  həqiqi dəriyə daha çox bənzədir. Ekspertin fikrincə, bu üsul yanıq və dəri zədələnməsi olan insanlara kömək edəcək. Biomaterial mükəmməl şəkildə kök salır və dəri bərpasını təmin edir.

Bu texnologiya tibb müəssisələrində tətbiq edilməzdən əvvəl klinik sınaqlar keçirilməlidir. Təhlükəsizliyini sübut etmək üçün bir ildən üç ilə qədər vaxt lazımdır.

Nərmin