Artıq südün insan həyatındakı rolu da dəyişməkdədir. Üstəlik dəyişən təkcə südün rolu deyil, eyni zamanda onun tərkibidir.
Foodinfo.az xəbər verir ki, artıq dünyada bitki mənşəli südlər populyarlıq qazanmağa başlayır.
Dünyada heyvan mənşəli südləri bitki mənşəli südlərlə əvəz edənlərin sayı getdikcə artır. Sözügedən məhsullar soya lobyası, badam, fındıq, hind qozu və yulaf kimi bitkilərdən hazırlanır.
Həmin bitkilər suyla qarışıdılaraq süzülür, beləliklə, əldə olunan mayeyə istəyə görə dadlandırıcı, vitamin və minerallar əlavə olunur.
Protein, kalsium, dəmir və E vitamini ilə zəngin olan bu cür südlərin seçilməsinə səbəb də elə sağlamlıqdır.
Fərid