Yuxumuzda kabuslar görmək hər nə qədər təbii proseslər sayılsa da, bir sıra xəstəliklərin xəbərçisi də ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb. 

Araşdırmalar göstərir ki, kabuslar yaşadığmız stress, qayğı, qorxu və travmaların bir təzahürü sayıla bilər. Həmçinin kabusların bəzən sağlamlıq problemləri, dərmanlar, yuxuda tənəffüs problemləri kimi amillərlə əlaqədar ola biləcəyi qeyd olunur. 

Kabuslar xüsusilə 10 yaşın altındakı uşaqlarda geniş yayılıb. Qızların kabuslardan narahat olması ehtimalı oğlanlardan daha artıqdır.  Kabuslar normal inkişafın bir parçası olaraq görülür və travmadan sonrakı stress pozuntusu xaricində ümumi olaraq hər hansı bir tibbi vəziyyətin və ya zehni pozuntunun simptomları sayılmırlar.

Fərid